XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 October 2016 - 11:10

Beyləqanda faciə:yaşlı qadın yanaraq öldü

Beyləqan rayonunda ümumi sahəsi 240 m2 olan, kürsülü, bir dam altında yerləşən, 2 ailə yaşadığı evdə vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1942-ci il təvəllüdlü Əliyeva Elmira Əkbər qızının yanmış meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.