XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2016 - 16:44

İcra başçısının sabiq müavini ittihamı rədd etdi: “Günahım yoxdu” –Məhkəmə prosesi

mehkeme 2

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən şəxslərdən Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov ifadəsində deyib ki, o, vəzifəyə təyin olunanda binanın üzlənmə işlərinə artıq başlanıbmış və üzlənmə işləri barədə hansısa sənədə imza atmasını xatırlamır.

Q. Novruzov qeyd edib ki, üzlənmədə istifadə oluna materialın yanğına davamlılığını yoxlamaq səlahiyyəti olmayıb: "Bununla bağlı müvafiq qurumlardan müsbət rəy gəlmişdi. Onlar materialı yoxlayıb bizə məlumat vermişdilər".

O, özünü təqsirli bilmədiyini deyib.

Daha sonra iclasda təqsirləndirilən şəxslərdən Səhiyyə Nazirliyinin mərkəz direktoru Akif Əlibəyov ifadə verib. O, ifadəsində üzləmə işlərində istifadə olunan materialla bağlı rəy verdiyini, həmin rəyin düzgünlüyünü təsdiq etdiyini deyib. Bildirib ki, həmin material zərərli deyil və uşaq oyuncaqlarının çoxunda istifadə edilir.

Prosesdə təqsirləndirilən Uğur Bəşirov da ifadə verib. O da ittihamla razı olmadığını, özünü təqsirli bilmədiyini deyib.

Proses oktyabrın 25-də davam edəcək.

APA