XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 13:54

Şahid:“İlhamə Quliyeva köməkçisini öldürəcəyini deyirdi”

h%c9%99bs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Mehriban Hüseynovanın rəfiqəsi Xatirə Ramazanova şahid ifadə verib. O bildirib ki, M. Hüseynova ilə maşında gedən zaman İ. Quliyevanın oğlu Orxan və dostu Vüqar onların qarşılarını kəsiblər: "Deyirdilər, onu öldürəcəklər. Mən də qorxudan siqnal verdim. Bu vaxt İlhamə Quliyeva maşından düşüb gəldi. Bizə dedi ki, siqnalı dayandırmasaq, ikimizi də öldürəcək. Bir gün də Mehriban mənə dedi ki, İlhamə Quliyeva onu bıçaqlayıb".

Vəkilin sualını cavablandıran X. Ramazanova deyib ki, M. Hüseynova heç vaxt İlhamə Quliyeva haqqında pis danışmayıb.

Proses noyabrın 1-də davam edəcək. 

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.  (APA)