XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 18:23

“FETÖ-nün ordudakı imamının yerini de, 4 milyon qazan” –Türkiyə mükafat vəd edir

adil-oksuz

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin təlimatı ilə prosesləri idarə etməkdə şübhəli sayılan Adil Öksüzün yeri barədə məlumat verən şəxsə 4 milyon lirə mükafat ödənəcək.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, FETÖ-nün Türkiyə Silahlı Qüvvələrindəki imamı sayılan A. Öksüzün adı Türkiyə Daxili İşlər Nazirliyinin tərəfindən tərtib edilən terrorçular siyahısında “qırmızı kateqoriya”ya daxil edilib.

A. Öksüzlə bərabər bu kateqoriyada PKK terror təşkilatının rəhbərliyindəki şəxslər yer alır. Bu kateqoriyaya daxil edilən terrorçuların yeri barədə məlumat verən şəxslər üçün 4 milyon lirə mükafat nəzərdə tutulub.