Sumqayıtda yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib, 12 nəfər təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kvadratmetr olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb. Bitişik tikilmiş, sahəsi 200 kvadratmetr olan kafenin tavanının 25 kvadratmetrlik hissəsi yüksək temperaturdan əriyib.
Yanğın zamanı yaşayış binasından 12 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib.
Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.