XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2016 - 13:34

Rusiyaya mobil telefonlar keçirmək istəyən şəxsgömrükdə saxlanıldı

Gömrükdə 7 ədəd mobil telefon aşkar edilib.

Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz E 200 D” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin cihazlar panelindən gömrük nəzarətindən gizlədilən 7 ədəd “Samsung J1” markalı mobil telefon, 9 ədəd mobil telefon üçün qidalandırıcı element, 10 ədəd telefon adapteri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.