XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 19:22

Qubada təcili tibbi yardım maşını iləminik avtomobili toqquşub

tecili yardim

Qubada təcili tibbi yardım maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Quba rayonu Zərdabi qəsəbəsi sakini, 1984-cü il təvəllüdlü, Mikayılov Vüsal Adil oğlu idarə etdiyi "Opel" markalı, 40-BN-014 nömrə nişanlı avtomobillə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının təcili tibbi yardım maşını ilə toqquşub.

Hadisə zamanı V.Mikayılov sol dirsək çıxıntısının yerini dəyişən sınığı, sağ iç topuğun yerini dəyişən sınığı, sağ əlin arxa səthinin sıyrıntıları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının əməliyyat olunacağını bildiriblər.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır. (“Report”)