XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 20:27

Mərdəkan sakini keçmiş arvadının üstünəbenzin tökərək yandırıb

Bakıda dəhşətli hadisə baş verib.

Hadisə bu gün paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Şam Bağı” restoranının yaxınlığında qeydə alınıb. Qəsəbə sakini Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A.Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Xəzər rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən C.Zeynalov saxlanılıb. O, keçmiş arvadının üstünə benzin töküb od vurarkən öz əllərini də yandırıb. Onu da əlavə edək ki, A.Zeynalova C.Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub. Faktla bağlı araşdırma aparılır. (APA)