XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Oktyabr 2016 - 20:41

Xaçmazda yaşayış evində partlayış:xəsarət alan var

Xaçmaz rayonunda yaşayış evində partlayış olub.

Rayonun Köhnə Xaçmaz kəndində baş verən hadisə zamnaı 1981-ci il təvəllüdlü Firuzə Sadmanova yanıq xəsarətləri alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadının bədəninin müxtəlif hissələrinin yandığı bildirilir.

Partlayışdan sonra evdə başlayan yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsini qarşısı alınıb.

Fakt araşdırılır. (APA)