XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

01 Noyabr 2016 - 10:33

Bakıda silahlı insident: –25 yaşlı gənc ayağından güllələndi

silah

Bakıda silahlı insident olub.

Sabunçu rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə ötən gün axşam saat 21.00 radələrində Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. 

Qəsəbə sakini, 25 yaşlı Vasif Yunis oğlu Abdulov naməlum şəxs tərəfindən güllələnib. Ayağından güllə yarası alan V. Abdulov xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. 

APA