Noyabrın 2-si səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 128-ci kilometrliyində sərnişin avtobusu ilə yük avtomobili toqquşub.
Azərtac xəbər verir ki, hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində Dəvəçikənd kəndi ərazisində qeydə alınıb. Şabrandan Xaçmaz istiqamətində hərəkətdə olan Aydın Qasımovun idarə etdiyi 27 AC 622 dövlət nömrə nişanlı “Hyundai” markalı sərnişin avtobusu ilə Samux rayon sakini 1979-cu il təvəllüdlü Vüqar Hümbətovun idarə etdiyi 99 XP 579 qeydiyat nişanlı “Ford” markalı yük maşını toqquşub.
Qəza nəticəsində avtobusda olan sərnişin 20 yaşlı Bəşirov Rəhim Suliddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.