XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2016 - 12:57

Qanun dəyişir –Qaydaları pozan turizm subyektlərinin işçiləri məsuliyyətə cəlb olunacaq

Turizm

Azərbaycan turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunacaq.

Bu, yeni hazırlanmış "Turizm haqqında” qanun layihəsinin 92-ci (Məsuliyyət növləri) maddəsində əks olunub.

Maddədə bildirilir ki, turizm infrastrukturu subyektləri daxili intizam qaydalarını yazılı surətdə təsdiq edən əməkdaşların nəzərinə çatdırdıqdan sonra intizam pozuntusuna yol vermiş əməkdaşlar intizam məsuliyyətinə cəlb edilə bilər. Bu cür qaydalar olmadıqda, əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi qadağandır.

Maddənin digər bəndində isə göstərilir ki, turizm qanunvericiliyinin pozulması Azərbaycan qanunvericiliyinə əsasən, cinayət, inzibati və mülki-hüquqi məsuliyyətə səbəb olacaq.

APA