XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

19 Mart 2015 - 16:30

Polis rəisinin müavini qəzaya düşdü, xəsarətlər var

Füzuli rayonunda yol qəzası baş verib.

Yol qəzası rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb.
Füzuli Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlərlə iş üzrə müavini, polis mayoru İsa Hacıyevin idarə etdiyi 90 AT 677 dövlət nömrə nişanlı “Chevrolet Niva” markalı xidməti avtomobillə rayon sakini, 1983-cü il təvəllüdlü Elvin Məhəmməd oğlu Əliyevin idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.
Qəza nəticəsində “Opel” markalı maşının sürücüsü və avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Əşrəf Həsən oğlu Şahbazov müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir.
Faktla bağlı araşdırma aparılır.
APA