XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 11:30

Lənkəranda 39 yaşlı qadınintihar edib

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

Rayonun Biləsər kəndindən olan, ailəsi ilə birlikdə Səbr kəndində məskunlaşan 39 yaşlı Babayeva Səmayə Hacıvəli qızı yaşadığı ünvanda özünü asaraq intihar edib.

Hadisə barədə məlumat Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə dünən saat 22.40 radələrində daxil olub. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerini müayinə edib.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Lənkəran Şöbəsinə gətirilib. 

Hələlik intiharın səbəbi məlum deyil. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır(“report”).