XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2016 - 17:36

Gəncədə faciə:bir ailəni maşın vurdu

Gəncədə piyadavurma hadisəsi baş verib.

ARB Kəpəz-dən Trend-ə verilən mılumata görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Aydınbəyov küçəsi, bina 53, ev 24-də yaşayan 28 yaşlı Elxan Binnətov, həyat yoldaşı, 26 yaşlı Aygül Adıgözəlova və onların iki azyaşlı uşağı piyada keçidi ilə yol keçmək istəyərkən avtomobil onları vurub.

Xəsarət alan şəxslər dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Elxan Binnətova sol budun əziyi, qadına isə ənsə nahiyəsinin hematoması diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır qiymətləndirilir. Yaralanan hər iki uşağa lazımı tibbi yardım göstərildikdən sonra Gəncə Şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına göndəriliblər. Vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.