XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2016 - 20:44

Şabranda agır qəza:maşın piyadanın üzərindən keçdi

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsindəki körpüdə meyit aşkar edilib.

"Report"un Şimal bürosu məlumat verir ki, hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsi və Şabran Polis şöbəsinin əməkdaşları gəlib.

İlkin araşdırma zamanı məlum olub ki, şəxsiyyəti bilinməyən şəxsin üzərindən maşın keçib. Nəticədə onun bədən və baş nahiyələri bir neçə yerə bölünüb. Ölən şəxsin üzərindən heç bir sənəd çıxmayıb.

Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi operativ əməliyyat tədbirləri nəticəsində ölən şəxsin Şabran şəhər sakini, 37 yaşlı Nazim Nizam oğlu Soltanov olması məlum olub. 

Şabran polisi onu avtomobillə vurub qaçan sürücünün kimliyini də müəyyənləşdirib. Bu, Bakının Qaradağ rayon sakini, 32 yaşlı Fərid Aslan oğlu Qasımovdur. 

O, idarə etdiyi "DAF" markalı yük avtomobili ilə Bakı-Quba yolunda hərəkət edərkən piyada Nazim Soltanovu vuraraq hadisə yerindən qaçıb. Artıq piyadanı vurub qaçmış sürücü Fərid Aslan oğlu Qasımov istintaqa cəlb edilib.