XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 15:09

“Əvvəlcə deyirdilər ki, bina partladılıb, sonra isə…” –"Yanan bina" ilə bağlı məhkəmə prosesində mübahisə düşdü

bineqedi yanqinn

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasiləndən sonra davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər əlavə zərərçəkmişlər – Aytən Rəsulova, İlqar Məmmədov, Ülvi Hüseynovun prosesə çağırılaraq dindirilməsini istəyiblər.

Məhkəmə vəsatəti təmin edib.

Sonra hakim hazırda ölkə xaricində olan zərərçəkmişlərin ifadəsini elan edib. Hakim qeyd edib ki, bəzi şahidlərin məhkəməyə məcburi gətirilməsi haqqında qərar çıxarılıb.

Təqsirləndirilən Miryusif Mahmudov isə şirkətin əməkdaşları Toğrul Məmmədov və Arif Əliyevin məhkəməyə şahid qismində çağırılmasını istəyib.

Sonra Miryusif Mahmudovun vəkili yanan binaya bitişik birmərtəbəli tikili haqqında sənədlərin məhkəmədə araşdırılması haqqında vəsatət qaldırıb.

72 saylı Mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucovun vəkil Vasif Həsənov təqsirləndirilən M. Mahmudovun vəkillərinə etiraz edib və vəsatətin təmin edilməməsini istəyib: "Bu vəkillər əvvəlcə deyirdilər ki, bina partladılıb, sonra dedilər ki, binanı yandırıblar. Sonra isə zibildən yandığını açıqladırlar. Yəni, müdafiə tərəfinin konkret bir versiyası yoxdur".

Vasif Həsənovun çıxışı M. Mahmudovun vəkillərinin etirazına səbəb olub, prosesdə mübahisə düşüb.

Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmə prosesi noyabrın 10-da davam etdiriləcək.

APA