XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2016 - 12:48

Gömrükdə əməliyyat:17400 qutu siqaret götürüldü

Rusiyadan Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və yük yerindən gömrük nəzarətində gizlədilən 17 400 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.