XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 12:57

Lənkəranda ağır yol qəzası:1 ölü, 1 yaralı

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

Hadisə Ələt-Astara magistralının 205-ci km-də, Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb.

Lənkəran rayon sakini, 1981-ci il təvəllüdlü Əliyev Rövşən Sahib oğlunun idarə etdiyi 50-CG-476 dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobusla, Astara rayonunun Ojakəran kənd sakini, 1988-ci il təvəllüdlü Nəsirov Xəyyam Zərbi oğlunun idarə etdiyi "Tofaş" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Ford"un sürücüsü R.Əliyev hadisə yerində düynasını dəyişib. "Tofaş"ın sərnişini, Asrata rayonunun Kişəbə kənd sakini, 18 yaşlı Talıblı Cəlil Əlövsət oğlu ağır kəllə beyin zədəsi alıb və Lənkəran rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdı.

Faktla bağlı araşdırma aparılır. (“Report”)