XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 10:36

Saxta sənədlə Gürcüstana avtomobil keçirmək istəyən şəxs yaxalandı –Açıqlama

gomruk-2

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsi və Dövlət Sərhədindən Buraxılış Məntəqələrində sərhəd rejiminin təmin edilməsi tədbirləri davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən növbəti dəfə saxta sənədlərdən istifadə etməklə avtomobillərin müqabil dövlətin ərazisinə keçirilməsinin qarşısı alınıb.

Noyabrın 8-də “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsində Balakişiyev Anar Məmməd oğlu idarə etdiyi “Kia-Sportic” markalı, 99-FU-359 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsinin müvafiq sənədlərini saxtalaşdıraraq Gürcüstan Respublikasına keçirmək istəyərkən saxlanılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

APA