XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Noyabr 2016 - 13:24

İcra başçısının sabiq müavini:"Üzləmə işləri Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilib"

mehkeme

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı  təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Xətai rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Qafur Rəhmanov ifadə verib.

O bildirib ki, binada yanğın baş verən vaxt Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri olub. Onun sözlərinə görə, binada üzləmə işləri Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilib.

 Sonra hakim məhkəmədə 17 şahiddən 15-nin dindirildiyini deyib.  

Sənədlərin tədqiqi mərhələsinə başlanılıb. 

Proses noyabrın 22-də davam edəcək(APA). 

Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda "TNH” şirkəti tərəfindən fasadında "poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. "TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.