XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Noyabr 2016 - 10:34

Moskva prospektində zəncirvari qəza:5 maşın toqquşdu

Bu gün səhər saatlarında Bakının Yasamal rayonu ərazisində zəncirvari qəza baş verib.

Trend-in verdiyi xəbərinə görə, qəza səhər saat 08:20-də Bakı Beynəxalq Avtovağzalından "20 yanvar" istiqamətində hərəkət edən yolda, Moskva prospektində qeydə alınıb.

Həmin istiqamətdə hərəkətdə olan "Mercedes-C Klass" makralı avtomobil yüksək sürətlə hərəkət edərkən, yolun sürüşkən olması səbəbindən sürücü idarəetməni itirib. Nəticədə maşın keçidin səkisinə dəyərək hərəkətdə olan "Nexia" markalı avtomobilə çırpılıb. Daha sonra "VAZ-2107" markalı maşına dəyib. "VAZ-2107" markalı avtomobil isə "Opel" və digər "VAZ-2107" markalı maşına çırpılıb.

Hadisə nəticəsində "Mercedes-C Klass" makralı maşında olan sərnişin yaralanıb. Avtomobillərə maddi ziyan dəyib. Qəza nəticəsində yolda avtomobil sıxlığı yaşanıb.