XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 12:09

Ağsuda ağır yol qəzası:2 ölü, 2 yaralı

Ağsuda ağır yol qəzası baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına isatinadən xəbər verir ki, noyabrın 15-də saat 16 radələrində Ağsu rayonunun Padar kəndində rayon sakini Anar Osmanovun idarə etdiyi "Niva" və Cəbrayıl rayon sakini Rövşən Behbudovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə A.Osmanovun sərnişini, Nəmirli kənd sakini Əhməd Məmmədov və R.Behbudovun sərnişini, Oğuz rayon sakini Rasim Əliyev hadisə yerində ölüb, hər iki sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.