XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 12:41

2 nəfərin öldüyü qəza ilə bağlırəsmi məlumat

Daxili Işlər Nazirliyi Ağsuda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 15-də saat 16 radələrində Ağsu rayonunun Padar kəndində rayon sakini Anar Osmanovun idarə etdiyi "Niva" və Cəbrayıl rayon sakini Rövşən Behbudovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə A.Osmanovun sərnişini, Nəmirli kənd sakini Əhməd Məmmədov və R.Behbudovun sərnişini, Oğuz rayon sakini Rasim Əliyev hadisə yerində ölüb. Hər iki sürücü isə xəstəxanaya yerləşdirilib. 
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.