XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 16:33

Rövşən Lənkəranskinin varisi Rusiya vətəndaşlığındanməhrum edildi

len

Rusiya hüquq mühafizə orqanları İtaliyanın Bari şəhərində məskunlaşan kriminal avtoritet Merab Canqvaladzeylə (“Suxumski”) görüşüb.

Lent.az Rusiya KİV-ə istinadən bildirir ki, rus polisi “Merab Suxumski”yə onun Rusiya vətəndaşlığından azad edilməsi barədə qərarı təqdim ediblər. Qərarda onun ömürlük Rusiyaya gəlməsi də qadağan olunub.

Qanuni oğru qərara imza atsa da, öz növbəsində məhkəməyə müraciət edəcəyini bildirib. Baridə ev dustaqlığında olan “Suxumski” rusları müşayiət edən yerli polisdən baş verənləri videoya köçürülməsini də istəyib və bu istək qəbul olunub.

Bu arada İtaliya hökuməti də “Suxumski”dən can qurtarmağın yollarını axtarır.  Amma onun hara ekstradisiya ediləcəyi hələ də qaranlıq qalıb.

Qeyd edək ki, Merab azərbaycanlı mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin varisi hesab olunur.