XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 November 2016 - 10:16

Bakıda məcburi köçkünlərin yaşadığıyataqxanada yanğın (FOTO)

Bakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub.

Trend-in verdiyi məlumata görə, hadisə baş verən zaman yanğın olan mənzilin sahibləri evdə olmayıblar. Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verməsi ehtimal olunur. Bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.

Yanğın artıq söndürülüb.