XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Noyabr 2016 - 12:03

“Sınıq Körpü”də qaçaqmal saxlanılıb:telefon və siqaretlər

Gürcüstandan Azərbaycana gələn şəxsın üzərində mobil telefonlar və siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində həmin şəxsin gömrük nəzarətinə bəyan etmədiyi 3 ədəd “Samsung Galaxy J1 Prime” markalı mobil telefon və üzərində Azərbaycanın aksiz markası olmayan cəmi 980 ədəd “Marlboro” və “Parliament” markalı siqaretlər aşkar edilərək götürülüb.