XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 November 2016 - 11:17

Maşallah Əhmədov zərərçəkənlərin pulunu ödəyir –Məhkəmədən vaxt istədi

Maşallah Əhmədov

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Əhmədov vaxt istəyib.

O bildirib ki, artıq zərərçəkənlərə dəymiş ziyanı ödəməyə başlayıb. Buna görə də ödəməni davam etdirmək üçün vaxt istəyib.

Məhkəmə prosesi noyabrın 25-də davam etdiriləcək.