XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Noyabr 2016 - 10:28

“Sınıq Körpü”də əməliyyat:5 min qutudan artıq siqaret müsadirə edildi

“Sınıq Körpü” gömrük postunda gömrükçülər 5520 ədəd siqaret müsadirə ediblər.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan “NAZ Lifan” markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin yük yerindən və salonundan gömrük nəzarətinə bəyan edilməyən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 5520 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.