XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2016 - 11:14

Qaradağda “BMW” və “Nissan” toqquşub:3 yaralı

Xocəsən qəsəbəsində ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Xocəsən qəsəbəsində “BMW” və “Nissan” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq “Nissan” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 sərnişini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 08:42-də başa çatıb.