XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Noyabr 2016 - 17:25

Bakıda həbsxanada məhbuslar arasında dava düşüb- 2 nəfər xəsarət alıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində (CM) dustaqlar arasında dava baş verib.

“Report”un xəbərinə görə, dava zamanı CM-də cəza şəkən 1990-cı il təvəllüdlü Amid Əliyev şüşə stəkanla məhbus yoldaşı 1984-cü il təvəllüdlü Samir Mudriyanova xəsarət yetirib.

Bu zaman yaranan qarışıqlıqdan istifadə edən S.Mudriyanov şüşə stəkanın qırıntıları ilə A.Əliyevə hücum edərək ona bədən xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır.