XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 15:08

Bakıda xəstə özünü pəncərədən atdı –Xəstəxanada intihar

xestexana-daxili-

Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar hadisəsi baş verib.

 64 yaşlı Yuriy Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən yerə ataraq intihar edib.

Faktı təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb:

“Lakin Yuriy Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.

Onun meyiti morqa təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Report