XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 11:09

Dəm qazı yenə can aldı- Bu dəfə Şəkidə

qaz

Şəkidə 30 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə bu gecə saat 04 radələrində Şəki şəhəri, Süleyman Kazımov küçəsi, ev 12 ünvanında baş verib.

1987-ci il təvəllüdlü Arzu Aydın qızı Əliməmmədova yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə qaynanası tərəfindən aşkar edilib.

Hadisə yerinə çağırılmış həkimlərin müayinəsi zamanı iki uşaq anası olan Arzu Əliməmmədovanın öldüyü müəyyən olunub.

İlkin ehtimala görə, o, dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Şəki prokurorluğunda araşdırma aparılır. (APA)