XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2016 - 10:52

Gədəbəydə sərnişin avtobusu qəzaya uğrayıb- Ölən və yaralananlar var

Gədəbəydə ölümlə nəticələnən avtomobil qəzası baş verib. Hadisə rayonun Dəyə Qarabulaq kəndinə gedən yolda qeydə alınıb.

Rayon mərkəzindən kənd istiqamətində hərəkət edən “KAvZ” markalı avtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı avtobusun sürücüsü 1966-cı il təvəllüdlü Vüqar Alıməmmədov hadisə yerində ölüb. Maşında olan sərnişinlərdən 5 nəfəri müxtəlif bədən xəsarətləri alaraq Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)