XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2016 - 12:00

Salyanda zəncirvari qəza:4 nəfər yaralanıb

Salyanda ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 50-ci km-də, Çuxanlı kəndi ərazisində qeydə alınıb.
Qəza "Mercedes", "VAZ" və "Niva" markalı maşınların toqquşması nəticəsində baş verib.

Nəticədə "Niva"nın sürücüsü, 40 yaşlı Salyan şəhər sakini Seyfəddin Aləttin oğlu Zeynalov, 61 yaşlı Şirvan şəhər sakini Əliabbas Lazım oğlu Məmmədov, Salyan şəhər sakinləri – 49 yaşlı Əfqan Murad oğlu Səfərov, 57 yaşlı Şəmsi Əlsahib oğlu Dadaşov müxtəlif dərəcəli bədən xasarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralılardan üçü Travmatologiya şöbəsinə yerləşdirilib, "Niva"nın sürücü isə ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.