XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 17:33

Terrorçular ömürlük həbsə məhkum edilib –Qazaxıstanda

qazaxistan-terror-emeliyyat

Aktobe şəhərində həyata keçirilmiş terror hücumunun 7 iştirakçısı ömürlük həbs cəzasına məhkum edilib.

Daha iki müttəhim 22 və 20 il dəmir barmaqlıqlar arxasında olacaq. Bu hökm noyabrın 28-də Qazaxıstanın Aktobe rayon ixtisaslaşdırılmış rayonlararası cinayət məhkəməsidə elan edilib.

Strateq.az xəbər verir ki, cəza müddətini ciddi rejimli həbsxanalarda keçirəcək müttəhimlərdən zərərçəkənlərin nəfinə maddi və mənəvi təzminat tutulacaq.

Xatırladaq ki, bu il iyulunun 5-də iki silah mağazasına hücumlar nəticəsində 8 nəfər həlak olub, 23 nəfər yaralanıb. Terror aktının yatırılarkən bu basqınları törətməkdə şübhəli bilinən 18 adam öldürülüb.

Prezident Nursultan Nazarbayev həmin hücumlarda sələfi-vəhhabiləri təqsirkar elan edib.

M.Rzasoy