XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Noyabr 2016 - 10:27

Bakı metrosunda intihara cəhd:kimliyi məlum oldu

Bakıda metroda bir nəfər intihara cəhd edib. 

Hadisə bu gün saat 09:15 radələrində metronun "Koroğlu" stansiyasında baş verib. 55-60 yaşlı kişi stansiyada özünü qatarın altına atıb.

Stansiyada hərəkətdə olan qatar saxlanılıb, həmin şəxs relslərin üzərindən götürülüb.

Trend-in məlumatına görə, intihara cəhd edən şəxs Nardaran sakini 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğludur.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub: "Qatar dərhal dayandırılıb. Xəttdən gərginlik ayrılıb və sərnişin qatarın altından çıxarılıb. Həmin şəxs relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarların hərəkət intervalında gecikmə yaranıb, gecikmənin aradan qaldırılması istiqamətində iş görülür".