XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 22:02

Azərbaycanda tanınmış idmançı həbs edildi –Səbəb (FOTO)

rovsen-humbetov-idmanci

Azərbaycanda tanınmış idmançı həbs edilib.

Strateq.az APA-ya istinadən xəbər verir ki, K-1 döyüş növü üzrə məşqçi "Pro-Rinq” Rövşən Heybətov saxlanılıb.

Bu barədə vəkil Ceyhun Yusifov məlumat verib.

Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ələ keçirməkdə ittiham olunur.

Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Ceyhun Yusifov bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.