XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 13:49

Ağdaşda ağır qəza:1 ölü, 6 yaralı

Ağdaş rayonunda ağır yol qəzası baş verib.

Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 2-də saat 12 radələrində Ağdaş rayonunun Əmirarx kəndində Bakı şəhər sakini Yaşar Piriyev idarə etdiyi "Nisaan" markalı avtomobili aşırıb.

Nəticədə sərnişini, anası Mərcan hadisə yerində ölmüş, özü və 5 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.