XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 17:11

Telefon qovşağının rəisi bıçaqlandı- Bakıda qanlı hadisə

Bakıda Telefon Qovşağının rəisi qonşusu tərəfindən bıçaqlanıb.
 

Bu barədə Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib. 

Hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1950-ci il təvəllüdlü İsmayılov Əyyub Əkbər oğlu qonşusu Rəşad Həsənov ilə əlbəyaxa dava edib. Daha sonra R.Həsənov Ə.İsmayılova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan Ə.İsmayılov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb. Surxanı RPİ-nin 31-ci Polis Bölməsinin (PB) əməkdaşları R.Həsənovu tutaraq istintaqa təhvil verib. 
 
Qeyd edək ki, Ə.İsmayılov Xəzər Rayon Telefon Qovşağının rəisi vəzifəsində çalışır.

Report