XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2016 - 12:40

Nazirlikdən yoxlama –42 faktla bağlı sərt addımlar atıldı

ekologiya-nazirliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Strateq.az nazirliyə istinadən xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 125 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 20 müddətli “məcburi göstəriş” verilib:

"Ümumilikdə, 42 iş üzrə 50400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 1228,7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 317 iş üzrə 36601,09 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 24, icra qurumlarına 16, məhkəmələrə isə 2 iş göndərilib".