Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərində şəxsi yoxlama zamanı ondan narkotik vasitələr aşkar ediblər.
Strateq.az komitəyə istinadən xəbər verir ki, vətəndaşın corabında bir ədəd bükümdə xalis çəkisi 17,675 qram olan heroin, sonra isə çantasının cibində 3 ədəd həb şəklində "Metadone” adlı dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.