XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 13:41

Gəncədə zəncirvari qəza olub- 2 yaralı

Gəncə şəhərinin Müseyib bağırov küçəsi və N.Gəncəvi prospektinin kəsişməsində zəncirvari qəza olub.

Trend ARB Kəpəz-ə istinadən xəbər verir ki, hadisə "VAZ 2102", "VAZ 21099", "Hyundai", "Qazel" və "Qaz 24" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Qəza işıqforlu yol kəsişməsində qeydə alınıb. Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb edilib. Xəsarət alan azyaşlı sərnişin və "VAZ 2102"-nin sürücüsü – 78 yaşlı Gəncə sakini Yusif Məmmədov xəstəxanaya yerləşdiriliblər. Avtomobillərə ciddi ziyan dəyib.