XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 15:33

“Nardaran işi”:daha 12 nəfərin məhkəməsi başlayır

Nardaran hadisələri ilə bağlı həbs edilən “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin barələrində olan cinayət işinin istintaqı başa çatdırılıb və iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Trend-in məlumatına görə, işə hakim Mayıl Bayramovun sədrliyi ilə baxılacaq. İş üzrə məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov və təşkilatın bir qrup üzvü ötən il noyabrın 26-da Nardaran qəsəbəsində güc sturkturları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıblar.