XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 19:10

Şamaxıda baş vermiş ana ölümününsəbəbi məlum oldu

Ötən ay Şamaxının Ərçiman kənd sakini, 1996-cı il təvəllüdlü Nuriyeva Qaratel Bəxtiyar qızının doğuş zamanı ölümünün səbəbi məlum olub.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib ki, həmin ananın ölümü ilə bağlı məhkəmə tibbi ekspertiza aparılıb: "Yekun rəyə əsasən, onda xroniki hepatit, natamam septal serroz aşkar edildi. Doğuş zamanı, qadının qaraciyərində dəyişikliklər baş vermişdi. Onun qaraciyərinin hüceyrələri əkilib. Bu yaşda niyə serroz olması dəqiqləşdiriləcək".

S.Məmmədova onuda qeyd edib ki, həmin qadının belə xəstəliklə hamilə qalması sual altında idi: "Hətta o, hamiləliyin məhz 28-ci həftəliyində həkimə müraciət edib. Onun dünyaya gətirdiyi qızın səhhəti hazırda qaydasındadır".

Baş mama-ginekoloq qeyd edib ki, noyabr ayında yalnız bir ana ölümü baş verib. (“Report”)