XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

13 Dekabr 2016 - 12:58

Yevlaxda ağır qəza:ölənlər var

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə dekabrın 12-də saat 14.00 radələrində Yevlax rayonunun Aşağı Bucaq kəndində olub.

Yevlax şəhər sakinləri Vəliyəddin Əhmədovun idarə etdiyi "Mitsubishi", İslam İsmayılovun və Əlizamin Abdullayevin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub. Nəticədə İ. İsmayılov və sərnişini, Mingəçevir şəhər sakini Səadət İsmayılova hadisə yerində ölüblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. (APA)