XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

13 Dekabr 2016 - 17:35

Məhkəmə hakimlərinin bahalı maşınları cərimə meydançasına aparıldı –Yol polisindən reyd

yol polisi

Bu gün Bərdə şəhərində yol polisi tərəfindən reyd keçirilib.

Reyd Bərdənin mərkəzi küçələrində dayanma-durma qaydalarını pozan sürücülərə qarşı keçirilib. Gün ərzində qaydaları pozan xeyli avtomobil Dövlət Yol Polisinin Bərdə rayon Şöbəsinin cərimə meydançasına aparılıb.

Yol polisi reyd zamanı Bərdə rayon Məhkəməsinin qarşısında dayanma-durma qaydalarını pozan avtomobilləri də cərimə meydançasına aparıb.

Məhkəmənin iki hakiminə məxsus "Toyota Prado" və "Hunday Elantra" markalı minik avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına yerləşdirilib. 

Lent.az