XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2016 - 13:48

Bakıda sərnişin avtobusu47 yaşlı qadını vurdu

Bakıda 47 yaşlı qadını sərnişin avtobusu vurub. Hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, metronun "Koroğlu" stansiyasının yaxınlığında dayanacaqda avtobus gözləyən 1969-cu il təvəllüdlü Qasımova Vəsilə Yaşar qızı səkidən yerə düşüb. Bu zaman sürətlə gələn 60 nömrəli sərnişin avtobusu V.Qasımovanı vurub. O, xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Report)