XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 13:57

Qusarda sərnişin avtobusu qəzaya düşüb:yaralılar var

Qusar rayonunda sərnişin avtobusu qəzaya düşüb.

Hadisə rayonun Yuxarı Ləyər kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı sərnişion avtobusu Mühəndis Qiyasovun "Toyota-Pikap" markalı avtomobillə toqquşub.

Nəticədə, avtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan üç nəfər – "Tayota-Pikap"ın sürücüsü M.Qiyasov, avtobusda olan sərnişinlər – rayonun Hil kənd sakini 1978-ci il təvəllüdlü Ruhiyyə Hüseynbala qızı Əlizadə və 1962-ci il təvəllüdlü Həlimə Müzəffər qızı Fərzəliyeva Qusar Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Avtobusda olan digər 10 nəfərədək yaralı isə Qusar rayonunda fəaliyyət göstərən özəl klinikalardan birinə yerləşdirilib.

Qəzaya səbəb yolun buzlu olması ehtimal edilir.

Qeyd edək ki, "Hyundai" markalı avtobus və "Toyota-Pikap" markalı avtomobilin Şahdağ Turizm-İstirahət Kompleksinə məxsusdur və səhər saatlarında işçiləri kompleksə apararkən qəzaya düşüb. "Tayota-Pikap"ın sürcüsü isə kompleksin rəsmi şəxslərindən biri olub.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalra başlanılıb. (“Report”)