XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2016 - 14:17

Bakı sakini yeznəsininqulağını kəsib

Bakı sakini yeznəsinin qulağını kəsib. Hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində qeydə alınıb.

Belə ki, 59 yaşlı Bayramov Famil Musa oğlu qaynı ilə birlikdə evdə nahar etmək üçün masa arxasına əyləşib. Aralarında yaranan mübahisə zəminində F.Bayramov döyülüb. Daha sonra qaynı onun sağ qulağını kəsib. F.Bayramov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun sağ qulağı həkimlər tərəfindən tikilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparıb. (Report)